BAKI, 4 oktyabr. TELEQRAF
“Hakim “Gürcü Arzusu” Partiyası bu gün növbəti qələbəsini rəsmiləşdirəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Seçkilər sakit şəkildə davam edir və bunun əsasında “Gürcü Arzusu” inandırıcı şəkildə qalib gələcək. Bu, Gürcüstanda hər kəsin axşam saat 20:00-dan sonra görəcəyi nəticə olacaq”, - baş nazir bildirib.
Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.