BAKI, 2 oktyabr. TELEQRAF
Ermənistan parlamenti "Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması haqqında" bəyanatı təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, sənəd səsvermə nəticəsində 64 lehinə, 0 əleyhinə və 2 bitərəf səslə qəbul olunub.
İclasa parlaməntin sədri Alen Simonyan rəhbərlik edib.
Qeyd edək ki, bəyanat parlamentin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
***
12:35
Ermənistan parlamentində növbədənkənar sessiya keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Məlumata görə, sessiyanın gündəliyinə "Ermənistan və Azərbaycan arasında sülhün qurulması haqqında" bəyanat layihəsi daxil edilib.
Qeyd edilir ki, layihə parlamentdə çoxluq təşkil edən "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlanıb.