BAKI, 29 sentyabr. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 2026-cı il parlament seçkiləri üçün proporsional siyahısı partiya üzvlərinin səsverməsi ilə formalaşacaq.
Teleqraf xəbər verir ki, hakim partiyadan olan deputat Vaqarşak Akopyan Ermənistanda ilk dəfə belə mexanizmdən istifadə olunacağını bildirib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya baş nazirliyə namizəd irəli sürmək hüququ qazanacaq.