TBİLİSİ, 27 sentyabr. TELEQRAF

“Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Türkiyə ilə əlaqələri gücləndirib və Qafqazda əsas oyunçuya çevrilib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Avropa İttifaqındakı missiyasının keçmiş rəhbəri, Böyük Britaniyanın “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Nata Sabanadze “Interpressnews” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə birliyi bu gün Rusiyaya əks gücdür.

“Azərbaycan balanslı siyasət aparır, mütəffiqlər əldə edir, həm ABŞ, həm də Çinlə strateji tərəfdaşlıq münasibətləri saxlayır, geosiyasi çəkisini artırır”, - ekspert söyləyib.

N.Sabandze qeyd edib ki, Ermənistan Azərbaycanla müharibədə məğlub olandan sonra Rusiyadan asılılığını zəiflətdi:

“Paşinyan Türkiyəyə tarixi səfər etdi və bu da Ermənistana regional təcriddən çıxmaq və strateji layihələrə tam qoşulmaq üçün real şans verdi”.