TBİLİSİ, 25 sentyabr. TELEQRAF
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana rəsmi səfər edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Tərəflər arasında keçirilmiş geniş tərkibli görüşdə iki ölkənin hüquq-mühafizə orqanları arasında məsuldar əməkdaşlıq məsələləri müzakirə olunub. Müxtəlif istiqamətlər üzrə mövcud sıx tərədaşlığın bundan sonra da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
G.Geladze qeyd edib ki, Gürcüstan tərəfi mövcud əməkdaşlıq mexanizmlərinin daha da çevik və səmərəli olması üçün türkiyəli həmkarlarla fəal qarşılıqlı əlaqələri davam etdirməyə hazırdır.
Tərəflər qurumlar arasında təcrübə və qabaqcıl təcrübələrin mübadiləsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə hazırlıqlarını da ifadə ediblər.