BAKI, 24 sentyabr. TELEQRAF
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölümlə hədələnir.
Teleqraf xəbər verir ki, bu barədə onun özü məlumat verib.
“Sosial mediada çoxlu mesajlar alıram, biri yazmışdı ki, ölməlisən, vurulmalısan, maşının partladılmalıdır. Bəzən bizim də günahımız olur. Onları bütün hallarda hüquq-mühafizə orqanlarına göndərmək, bəlkə də, düzgün addımdır. Daxil olub görürsən ki, saxta hesabdır və ya hansısa xarici ölkədən kimsə yazır”, - Papoyan jurnalistlərə bildirib.
Xatırladaq ki, gecə saatlarında Ermənistanın Parakar icmasının rəhbəri Valodya Qriqoryan silahlı şəxslər tərəfindən qətlə yetirilib.
Hadisə ilə bağlı cinayət işi başlanıb.