TBİLİSİ, 24 sentyabr. TELEQRAF
Gürcüstanda son günlər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində 20 nəfər əcnəbinin ölkədə qanunsuz yaşadığı müəyyən edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.
Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşları olan həmin şəxslər Gürcüstandan çıxarılıb.
Yerli qanunvericiliyə uyğun olaraq onların ölkəyə girişinə qadağa tətbiq edilib.
Miqrasiya Departamenti Gürcüstan daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Qurumun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşların müəyyən edilərək ölkədən çıxarılmasının həyata keçirilməsidir.