BAKI, 22 sentyabr. TELEQRAF
“Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasını sıfırdan dəyişdirəcək”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Paşinyan 2026-cı ildə keçiriləcək seçkilərdə yenidən seçilərsə, nəinki Konstitusiyanı dəyişəcək, həm də Ermənistanın 1990-cı ildə qəbul olunmuş Müstəqillik Bəyannaməsini ləğv edərək, dördüncü respublikanı elan edəcək.
Həmçinin yenidən seçilərsə, Paşinyan Ermənistanın təhlükəsizlik sistemini də kökündən dəyişəcək. Onun məqsədləri budur: Ermənistan KTMT-dən çıxsın, Rusiya bazası və sərhədçiləri çıxarılsın, Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə birtərəfli qaydada xitam verilsin. Buna nail olmaq üçün Paşinyana yeni beşillik lazımdır — 2026-cı ildən 2031-ci ilə qədər. Bütün bunlardan sonra türklər və azərbaycanlılar (tanklarla yox) taksi ilə daxil ola biləcəklər”, - ekspert bildirib.