BAKI, 20 sentyabr. TELEQRAF

“Bölgədə sülhün təmin edilməsi yolunda Ermənistanda bəziləri məni “satqın” adlandırırdılar, amma zaman bunun əksini göstərdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir iddia edib ki, erməni xalqı Azərbaycan və Ermənistan arasında sülh prosesinə güclü dəstək verir.

“Eşitdiklərim məni şoka salırdı. Onlar yalnız iki şey deyirdilər: 10 noyabr 2020-ci il tarixli sənədi imzaladığınız və müharibəni dayandırdığınız üçün təşəkkür edirik. Bu, mənim üçün həqiqətən şok oldu. Erməni elitasının əhəmiyyətli hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə mənə təşəkkür edirdilər, hər ikisi eyni şeyə görə fərqli şeylər söyləyirdilər.

Həmin analardan soruşdum ki, nəyə görə mənə təşəkkür edirsiniz? Cavab konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni dayandırdığına, Ermənistanı xilas etdiyinə görə. Bizə deyirdilər ki, sülhün dalınca gedin, bizə sülh lazımdır, yalnız sülh. Başa düşdüm ki, cəmiyyət, o cümlədən kişilər də belə düşünürlər”, - Baş nazir qeyd edib.