BAKI, 18 sentyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos sentyabrın 19-20-də Ermənistana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, səfər Ermənistan və Azərbaycan arasında sülh prosesinin həlledici mərhələsinə təsadüf edir və Aİ-nin regionlararası əlaqə gündəliyini regional inkişafa real töhfə kimi təqdim etmək imkanı verəcək.
Kos Prezident Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mqer Qriqoryan və daxili işlər naziri Arpina Sərkisyanla görüşəcək.
Aİ komissarı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə iki layihənin imzalanması mərasimində iştirak edəcək, EU4SEVAN biomüxtəliflik layihəsinin ərazisinə baş çəkəcək və TUMO Yaradıcı Texnologiyalar Mərkəzini gəzəcək.
Marta Kos həmçinin vətəndaş cəmiyyəti təşkilatları, qadın liderlər və Gənc Avropa səfirləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Aİ komissarı hazırda Azərbaycandadır. Kos səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb, Ağdam şəhərində olub.