TBİLİSİ, 16 sentyabr. TELEQRAF

Gürcüstanın Quriya bölgəsindən Baxmaro kurortu istiqamətində hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində baş vermiş hadisədə 15 nəfərin xəsarət aldığı bildirilir.

Aralarında xarici ölkə vətəndaşlarının da olduğu yaralılar xəstəxanaya çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı yol hərəkəti təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismar qaydalarını pozma maddəsi üzrə araşdırmaya başlanılıb.