TBİLİSİ, 11 sentyabr. TELEQRAF
Gürcüstanda saxlanılan sabiq müdafiə naziri Cuanşer Burçuladze xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Məlumata əsasən, keçmiş nazir bir neçə gün öncə Kaxeti bölgəsində kvadrosikldən yıxılaraq yüngül beyin silkələnməsi alıb və həkim ona yataq rejimi yazıb.
DTX C.Burçuladzenin tibb müəssisəsinə köçürülməsinə razılıq verib. Məlum səbəblərdən keçmiş nazirin saxlanılmasını əks etdirən videogörüntülər yayılmayıb.
***
17:04
TBİLİSİ, 11 sentyabr. TELEQRAF
Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.
Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edilir. Günahı sübuta yetirilərsə, onu 9 ildən 12 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, C.Burçuladze Gürcüstanın müdafiə naziri vəzifəsini 2021-2024-cü illərdə tutub.