BAKI, 29 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan avqustun 30-dan sentyabrın 3-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Səfər çərçivəsində baş nazir Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında və onun çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. Nikol Paşinyanın Çin Sədri Si Cinpin və vitse-prezident Xan Çen ilə görüşləri planlaşdırılıb.
Səfər çərçivəsində Ermənistan baş nazirinin xarici ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri olacaq. Nikol Paşinyan dünən keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də istisna etməmişdi.