BAKI, 28 avqust. TELEQRAF
“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə sualı yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasından sonra jurnalistlərə deyib.
“Bəli, sülh bərqərar olub, amma bu o demək deyil ki, bizim suallarımız və həll olunmamış problemlərimiz yoxdur. Amma sülhü qorumaq lazımdır, bunun davamlı olması lazımdır. Qurulmuş sülh getdikcə daha çox institutsionallaşdırılmalıdır”, - o qeyd edib.
N.Paşinyan təkcə Azərbaycan və Ermənistan yox, bütün ölkələr arasında belə fikir ayrılıqlarının olduğunu bildirib.