BAKI, 23 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan genişmiqyaslı kadr dəyişikliklərinə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Ermənistan nəşri yazıb ki, Baş nazirin məqsədi 2026-cı il parlament seçkilərində idarəolunan və səsləri təmin edə biləcək təcrübəli komanda formalaşdırmaqdır: “Dəyişiklik hakim partiya və bütün hökumət üzvlərinə şamil olunacaq”.

Nəşr qeyd edib ki, bu günlərdə hakim komandanın iclasında növbədənkənar seçkilərlə bağlı məsələ üç saata yaxın müzakirə olunub:

“Amma Paşinyan belə qənaətə gəlib ki, komanda növbəti seçkilərə hazırlaşmalıdır, növbədənkənar seçkilər olmayacaq”.