BAKI, 19 avqust. TELEQRAF
Ermənistan Baş naziri Administrasiyasının Arayik Arutyunyan Baş nazir Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında görüşün gözlənildiyindən uzun çəkməsi barədə açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.
“Müzakirələr nəzərdə tutulduğundan xeyli uzun çəkdi, bu isə o deməkdir ki, böyük gündəm var”, - Arutyunyan qeyd edib.
O əlavə edib ki, tərəflər münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırmağın vaxtı çatdığını xüsusi vurğulayıblar.