BAKI, 19 avqust. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüm zamanı vurğuladım ki, İran hökuməti Ermənistanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə, eləcə də iki ölkə arasında dostluq münasibətlərini davam etdirməyə sadiqdir”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində yazıb.
“Üçüncü tərəflərin ümumi sərhədlərimizin yaxınlığında olması ilə bağlı narahatlığımız tam həll edilməlidir”, - prezident qeyd edib.
Söhbətin ABŞ-nin Zəngəzur dəhlizinə mümkün nəzarətindən və bu məqsədlə Amerika qüvvələrinin bölgədə yerləşdirilməsindən getdiyi güman olunur.