BAKI, 19 avqust. TELEQRAF

“İran və Ermənistan Araz çayı üzərində ikinci körpünün açılması barədə razılığa gəlib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda İran Prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra mətbuata açıqlamasında deyib.

“Ölkələrimiz arasında ticarət dövriyyəsinin gündən-günə artan həcmlərini nəzərə alaraq, Ermənistan-İran sərhədində ikinci körpünün açılması ilə bağlı razılığa gəldik”, - Paşinyan bildirib.