BAKI, 19 avqust. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Ermənistan və İran arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün işləmək barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri İran prezidenti ilə keçirdiyi mətbuat konfransında bildirib.
Paşinyan Pezeşkianın səfərinin iki ölkə arasında dostluq münasibətlərinə yeni təkan və keyfiyyət qatacağına əminliyini ifadə edib.
Baş nazir qeyd edib ki, Ermənistan və İran arasında mövcud güclü və qarşılıqlı etibarlı tərəfdaşlığın əsasında iki ölkə xalqları arasında möhkəm dostluq dayanır: “Hər ikimiz razılığa gəldik ki, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün işlərin görülməsi vaxtı çatıb”.