BAKI, 2 iyul. TELEQRAF
“Moskva və Bakı hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycanın Baş prokuroru Kamran Əliyev səviyyəsində problemli məsələləri müzakirə edirlər”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Hazırda İstintaq Komitəsinin sədri Bastrıkin Azərbaycanın Baş prokuroru ilə daimi təmasdadır. Bu təmaslar zamanı onlar problemli görünən məsələləri həll edirlər”, - Kremlin nümayəndəsi vurğulayıb.