BAKI, 2 iyul. TELEQRAF
Ermənistan parlamenti “Ermənistan Elektrik Şəbəkələri” Şirkətinin milliləşdirilməsinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, layihə birinci oxunuşda qəbul olunub.
Qanun layihəsinin lehinə 65, əleyhinə isə 30 səs verilib. Müxalifət fraksiyaları bunun əleyhinə səs verib.
Parlamentin qeyd olunan məsələyə həsr olunmuş iclası yerli televiziya kanalları ilə canlı yayımlanıb.
“Ermənistan Elektrik Şəbəkələri” Şirkəti həbs edilmiş rusiyalı-erməni iş adamı Samvel Karapetyana məxsusdur.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdiriləcəyini açıqlamışdı.