BAKI, 11 iyun. TELEQRAF

Çəmbərək (Krasnoselo) şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, 9 yaralı yerli tibb məntəqəsinə yerləşdirilib.

Qeyd edilir ki, binanın çökməsindən sonra bəzi sakinlərlə əlaqə saxlamaq mümkün deyil, onlar axtarılır.

İlkin məlumata görə, binalardan birində çökmə ilə nəticələnən qaz partlayışı baş verib.

Xatırladaq ki, səhər saatlarında Çəmbərək şəhərinin Qaregin Njde küçəsindəki binalardan birində mənzildə yanğın baş verməsi barədə polisə məlumat daxil olub. Yanğından sonra binada partlayış baş verib.