BAKI, 7 iyun. TELEQRAF
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfəri çərçivəsində erməni jurnalistlərə bəzi qadağalar qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, dünən Matviyenkonun parlamentə gəlişi zamanı həm Ermənistan, həm də Rusiya tərəfdən onlarla təhlükəsizlik əməkdaşının iştirakı ilə gücləndirilmiş müşahidə aparılıb:
“Üstəlik, Matviyenkonun protokol işçiləri jurnalistlərimizə xanımın dəhlizdə şəkilləri sevmədiyini deyərək, parlamentin dəhlizlərində onun şəklini belə çəkməyə icazə verməyiblər. Bundan sonra parlament əməkdaşları rusiyalı məmurun tələbini yerinə yetirməyə çalışaraq, jurnalistləri Matviyenko və erməni həmkarı Alen Simonyan arasında görüşün keçirildiyi zalın foyesindən çıxarıblar”, - məlumatda deyilir.
Rusiya Federasiya Şurasının sədri 6-7 iyun tarixlərində Ermənistanda səfərdə olub.