BAKI, 4 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvandakı üçotaqlı mənzili 110 min dollara satılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Hələ 2020-ci ildə yerli KİV Qaregin Njde 29 ünvanında yerləşən mənzilin satışa çıxarılması ilə bağlı yazmışdı. Sonradan baş nazir özü demişdi ki, mənzili münasib qiymətə sata bilmirlər.
Mənzili Ermənistan vətəndaşı olmayan Marina Albertovna Ruds alıb.
Üçotaqlı mənzil artıq 45 milyon 500 min drama (təxminən 110 min dollar) satılıb.