TBİLİSİ, 3 iyun. TELEQRAF
Sabah Gürcüstanın Konstitusiya Məhkəməsində yeddi nəfər soydaşımızın ölkə parlamentinə qarşı iddiası üzrə mahiyyəti üzrə iclas keçiriləcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə məhkəmədən bildirilib.
İddia azərbaycanlıların doğma soyadlarını geri qaytarmaq üçün mövcud qanunvericiliyin ölkə konstitusiyasına uyğun olub-olmaması ilə bağlıdır.
Qeyd edək ki, soydaşlarımız “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina edirlər və özlərinin əsl, autentik soyadlarının bərpasını istəyirlər. “Soyadımı qaytar” kampaniyasını “Salam” platforması 2020-ci ildən aparır. Qanunvericilik təşəbbüsü 27 000-ə qədər imza ilə Gürcüstan parlamentinə təqdim olunsa da, qəbul edilməyib. 2022-ci ildə Tbilisi şəhər məhkəməsi platformanın Gürcüstan parlamentinə qarşı iddiasını təmin etməyib.