BAKI, 26 may. TELEQRAF

“Slovakiya Baş naziri Robert Fitso görüşümdə iki ölkə arasında hərbi sənaye sektorunda mümkün əməkdaşlığı müzakirə etdik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirə Slovakiyanın son illərdə Ermənistana göstərdiyi dəstəyə görə həmkarına təşəkkür edib.

Nikol Paşinyan Slovakiyanın Avropa İttifaqının Ermənistandakı (Azərbaycanla sərhəddəki) monitorinq missiyasında və Avropa Sülh Fondu tərəfindən ölkəsinin (hərbi məqsədlər üçün) maliyyələşdirilməsində fəal rol oynadığını bildirib.

“Əməkdaşlıq gündəliyimiz çox əhatəlidir, qarşıdakı əməkdaşlığımızı bir neçə sahəyə yönəltmək barədə razılığa gəldik. Həmçinin hərbi sənaye sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik və orada da müəyyən imkanlar görürük”, - Ermənistan rəhbəri bildirib.

Xatırladaq ki, Slovakiya Baş naziri beynəlxalq “İrəvan Dialoqu” formunda iştirak etmək üçün bu gün Ermənistana səfər edib.