BAKI, 13 may. TELEQRAF
"Sabiq prezident Robert Köçəryanın vətəni Ermənistan deyil".
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.
Ermənistan rəsmisi vətənə xəyanətdə ittiham olunan Robert Köçəryan barədə sosial media hesabında yazıb:
“Köçəryana qarşı vətənə xəyanət ittihamları “yalandır”. Köçəryan heç vaxt “vətəninə” xəyanət etməyib, heç vaxt. Çünki onun vətəninin hara olması ayrı bir məsələdir”.
Xatırladaq ki, Taron Çaxoyan bundan əvvəl Robert Köçəryanı Moskvaya işləməkdə ittiham edərək, onu Rusiya casusu adlandırmışdı.