BAKI, 3 aprel. TELEQRAF

Ermənistan Baş nazir Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

“Həmsöhbətlər Cənubi Qafqaz regionundakı vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan sülh prosesi ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırılmasının vacibliyini vurğulayıb. Baş nazir Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini bildirib.

Maqdalena Qrono sazişin imzalanmasının vacibliyini qeyd edərək, bunun regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib”, - açıqlamada deyilir.