BAKI, 11 mart. TELEQRAF

Martın 18-də İsveçrə parlamentinin yuxarı palatasında (Kantonlar Şurası) Qarabağla bağlı təxribatçı müzakirələr keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrə parlamentinin rəsmi saytında məlumat verilib.

Separatçı müzakirələr “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və ermənilərin geri qayıtmasının təmin edilməsi”nə həsr olunacaq.

Xatırladaq ki, bu, İsveçrə parlamentinin Azərbaycana qarşı ilk belə təxribatı deyil. 2024-cü ilin dekabrında da İsveçrə parlamentinin Milli Şurası (aşağı palata) bədnam qətnamə qəbul edərək, hökuməti Qarabağla bağlı “beynəlxalq sülh konfransı” təşkil etməyə çağırmışdı.