BAKI, 5 sentyabr. TELEQRAF

Serbiya Prezidenti Aleksandar Vuçiç hakim “Proqressiv Serbiya” Partiyasının (SPP) qarşıdakı parlament seçkilərində baş nazirliyə namizədi olacaq.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın sədri Miloş Vuçeviç məlumat verib.

“SPP-nin İdarə Heyətinin iclasında seçkilərdə “Aleksandar Vuçiç - Birləşmiş Serbiya” siyahısı ilə iştirak etmək barədə yekdilliklə qərar qəbul etdik. Siyahının lideri və baş nazirliyə namizədimiz Aleksandar Vuçiç olacaq”, - siyasətçi X-də yazıb.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, Aleksandr Vuçiç bundan əvvəl səlahiyyət müddətinin bitməsinə yaxınlaşdığı üçün istefa verə biləcəyini açıqlamışdı. O, ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib, 2022-ci ildə ikinci müddətə yenidən seçilib. Onun prezidentlik müddəti 2027-ci ildə başa çatır.