BAKI, 20 avqust. TELEQRAF

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində 12 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri gecə saatlarında Kiyevə ballistik raketlərlə zərbə endirib.