BAKI, 20 iyul. TELEQRAF

Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməz qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem rəsmi vəzifəsinin icrasına başlamazdan əvvəl "Sky News" telekanalına verdiyi müsahibədə bildirib.

Endi Bernem vurğulayıb ki, sələfi Kir Starmerin xarici siyasət kursunu tam şəkildə davam etdirəcək:

"Ukraynaya dəstəyimizdə heç bir dəyişiklik yoxdur. Mən Prezident Volodimir Zelenskini 100 faiz dəstəkləyəcəyəm və bu dəstək hər zaman olduğu kimi möhkəm qalacaq".

Yeni Baş nazir bu gün Volodimir Zelenski ilə telefon danışığı aparacağını bildirib. O, Ukrayna liderinin Böyük Britaniyanın sarsılmaz mövqeyinə əmin olacağını vurğulayaraq deyib:

"Biz onun yanındayıq və şəxsən mən də onun yanında olacağam".