BAKI, 20 iyul. TELEQRAF
Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem xalqa ilk müraciətində ölkənin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün ciddi islahatlar aparacağını bəyan edib.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Endi Bernem fəaliyyətinin əsas məqsədinin siyasətin daha səmərəli işləməsini təmin etmək və xalqın etimadını bərpa etmək olduğunu vurğulayıb:
"Böyük Britaniya dünyaya sabitliyə qayıda biləcəyini sübut etməlidir. Mən insanların siyasətdən yorulduğunu bilirəm. Sizə səmimi deyirəm, biz kifayət qədər yaxşı nəticə göstərməmişik və indi bunu dəyişməliyik".
Yeni hökumət başçısı problemlərin həllinə yönəlmiş, mərkəzləşdirilmədən uzaq, yeni siyasi və iqtisadi model formalaşdıracağını elan edib.
E. Bernem yaxın vaxtlarda islahatların maliyyə mənbələrini və ölkənin gələcək onillik inkişaf planını ictimaiyyətə təqdim edəcəyinə söz verib.