BAKI, 30 iyun. TELEQRAF

Litva Prezidenti Gitanas Nauseda Sosial-Demokrat Partiyasının sədri Mindauqas Sinkyaviçusu Baş nazir təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Prezident Sinkyaviçiusu Baş nazir təyin edərək, ona 15 gün ərzində hökumət qurmağı, kabinet üzvlərinin namizədliyini təsdiq üçün təqdim etməyi tapşırıb”.

İyunun 30-da Seym (parlament) Sinkyaviçiusu hökumət başçısı vəzifəsinə təsdiqləyib. Onun namizədliyini plenar iclasda 80 parlament üzvü dəstəkləyib, 2-si əleyhinə çıxıb, 28 nəfər isə bitərəf qalıb. Prezident Nauseda Sosial-Demokrat Partiyasının liderinin iyunun 25-də baş nazir təyin edilməsini təklif etmişdi. 42 yaşlı siyasətçi əvvəllər Yonava rayonunun meri vəzifəsində çalışıb.

İndi təyin olunmuş Baş nazir öz kabinetinin tərkibini və hökumət proqramını parlamentə təqdim etməlidir.

Baş nazir İnqa Ruqinenenin kabineti iyunun 23-də hakim koalisiyadakı dəyişiklik səbəbindən istefa verməyə məcbur olmuşdu.