BAKI, 30 iyun. TELEQRAF

“Litvada nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarının yerləşdirilməsinə qoyulan qadağa Konstitusiyadan çıxarılmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə baş nazirliyə namizəd və Litva Sosial-Demokrat Partiyasının sədri Mindauqas Sinkeviçus bildirib.

“Düşünürəm ki, siyasi korrektlik baxımından Konstitusiyadan bu qadağanı çıxarmalıyıq, heç qonşu ölkələrin konstitusiyalarında da bununla bağlı hansısa nə müsbət, nə də mənfi müddəa yer alır”, - siyasətçi qeyd edib.