BAKI, 19 may. TELEQRAF
Polşa Seyminin (parlamentin aşağı palatası) sədri Vlodzimej Çajastı mayın 9-da Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü səbəbindən Slovakiya Baş naziri Robert Fitso ilə görüşməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Mayın 18-də Slovakiyaya səfər edən Çajastı Slovakiya parlamentinin sədri ilə danışıqlar aparıb və Fitso ilə görüşdən qəsdən yayınıb. Seym sədri bildirib ki, demokratik düşərgədən olan siyasətçi kimi bunu etməməlidir.
Slovakiya mediası bundan əvvəl Almaniya Kansleri Fridrix Mertsin Robert Fitsonun Moskvaya səfəri səbəbindən mayın sonunda Bratislavaya planlaşdırılan səfərini ləğv etdiyi barədə məlumat yaymışdı.