BAKI, 15 aprel. TELEQRAF

“Macarıstanın yeni hökuməti yeni media qanunu hazırlayacaq və dövlət təbliğat sistemini ləğv edəcək”.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın yeni seçilmiş Baş naziri Peter Madyar deyib.

“Macar xalqına böyük ziyan vurduğu üçün təbliğat mediasında xəbərlərin yayılmasını dayandıracağıq”, - o bildirib.

Madyar qeyd edib ki, yeni hökumətin yeni media qanunu qəbul etməsi və yeni media tənzimləyici orqanı yaratması üçün müəyyən vaxta ehtiyacı olacaq, amma bu, mütləq həyata keçiriləcək:

“Bilirəm ki, burada öz iradələri ilə hərəkət etməyənlər də var. Çoxları təhdid və şantaj edilib”.