BAKI, 10 aprel. TELEQRAF
İspaniya xarici işlər naziri Xose Manuel Albares İranı ABŞ ilə danışıqlara xoşməramlı niyyətlə getməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığından sonra jurnalistlərə bildirib.
Albares İspaniyanın İrandan İslamabadda keçiriləcək danışıqlarda xoş niyyətlə iştirak etməsini və qonşu ölkələrə hücum etməkdən çəkinməsini istədiyini qeyd edib.