BAKI, 24 mart. TELEQRAF

Ukrayna 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə keçirilən konfransda deyib.

“Fikrimcə, hər kəs anlayır ki, Ukraynanın 2027-ci il yanvarın 1-dək Avropa İttifaqına qoşulması mümkün deyil”, - o qeyd edib.