BAKI, 18 fevral. TELEQRAF
Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkoya sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri bu tədbirin Belarusun Rusiya ilə əməkdaşlığı, xüsusən də Rusiyanın “Oreşnik” raket sisteminin onun ərazisində yerləşdirilməsi ilə bağlı olduğunu bildirib.
O əlavə edib ki, Kiyev bu məsələ ilə bağlı tərəfdaşlarla işləyəcək.
Sanksiyalar 10 il müddətinə tətbiq olunub.