BAKI, 31 yanvar. TELEQRAF
Rusiya hərbi komandanlığının bütün açıqlamalarına baxmayaraq, Kupyansk-Vuzlovıy qəsəbəsi Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Mənbə ukraynalı hərbçinin hər gün sözügedən yaşayış məntəqəsindən yaydıqları videolara da diqqət çəkib.
Qəsəbədəki vəziyyəti şərh edən “DeepState” bildirib ki, Rusiya ordusunun kiçik qrupları yaşayış məntəqəsinə sızmağa çalışırlar. Qeyd edilib ki, ruslar Pişçanoye rayonundan dəmir yolu boyunca Kupyansık-Vuzlovıya girməyə cəhd göstərirlər, Ukrayna ordusu isə onları zərərsizləşdirməli olurlar.