BAKI, 26 yanvar. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Orixovo-Vasilivka ərazisində irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın monitorinq qrupu “DeepState” məlumat yayıb.

Mənbə bildirib ki, Rusiya ordusu Orixovo-Vasilivka ətrafında və yaşayış məntəqəsinin özündə irəliləyib.

Orixovo-Vasilivka Çasiv Yar şəhərinin şimalında yerləşir. Rusiya qüvvələri burada Slovyansk-Kramatorsk aqlomerasiyasına doğru irəliləyib.