BAKI, 16 yanvar. TELEQRAF
Almaniya parlamentinin sədr müavini Ümid Nuripur Avropa İttifaqını İranla diplomatik əlaqələri kəsməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, İran rəsmilərinin Almaniya banklarındakı aktivlərinin dondurulmasını da təklif edib.
Ü. Nuripur bundan əvvəl bəyan etmişdi ki, İrana maliyyət təzyiqini sərtləşdirmək və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Avropa İttifaqının terror təşkilatları siyahısına daxil etmək lazımdır.