BAKI, 12 yanvar. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə fonunda sui-qəsd təhlükəsini minimuma endirmək üçün ictimai tədbirlər zamanı tez-tez oxşarlarından istifadə edir”.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın kəşfiyyat xidməti MI6-nın keçmiş rəhbəri Riçard Dirlav bildirib.

Onun iddiasına görə, Ukrayna kəşfiyyatının Putin oxşarları ilə bağlı məlumatları etibarlıdır, Kremldə ictimaiyyətin qarşısına kimin çıxacağı qərarı təhlükəsizlik riskləri nəzərə alınaraq qəbul olunur.

“Bu, uzun müddətdir adi praktikaya çevrilmiş sərt təhlükəsizlik protokolunun bir hissəsidir. Əgər onun harada və nə vaxt olacağı dəqiq məlum olsaydı, Ukrayna dronları üçün prioritet hədəf olardı”, - MI6-nın keçmiş rəhbəri deyib.

Dirlav vurğulayıb ki, diplomatik danışıqlar və qapalı şəxsi görüşlər zamanı Putinin oxşarlarından istifadə olunmur: “Yaxın məsafədən Putini təqlid etmək olduqca çətindir”.