BAKI, 27 dekabr. TELEQRAF

Fəaliyyətlərini qloballaşdıran cinayətkar dəstələr ölkə sərhədlərini aşmağa başlayıblar. Bu, son aylarda bir neçə cinayətkarın ekstradisiyasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə İsveç Polisi məlumat yayıb.

Məlumatda deyilir ki, İsveçdə fəaliyyət göstərən FAKSTROT cinayətkar şəbəkənin başçısı Rəva Məcid İranda gizlənib. İsveçin isə İranla cinayətkarların ekstradisiyası üzrə hər hansı razılaşması yoxdur.

İsveçin ədliyyə naziri Qünnar Stromer bildirib ki, onun ekstradisiyası üçün İranla hüquqi əməkdaşlıq razılaşması əldə etmək çox çətindir:

“Məhz bu amilə görə İran cinayətkar dəstələrin rəhbərləri üçün təhlükəsiz sığınacağa çevrilib”.