BAKI, 5 dekabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin Aleksandrivka və Zaporojye vilayətinin Qulyaypol yaşayış məntəqələri ətrafında irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna hərbçiləri dekabrın 4-də Dobropillyanın mərkəzində (Qulyaypolun şimalı) bayraq qaldırıblar. Bu, ərazi və əhalisinin azad edildiyini təsdiqləyir.

ISW qeyd edib ki, Ukrayna ordusu Dnepropetrovk vilayətinin Aleksandrivka şəhərinin şimal-şərqində yerləşən İvanivka kəndini azad edib.