BAKI, 27 noyabr. TELEQRAF

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Zelyonı Qay yaşayış məntəqəsini işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Həmçinin, Rusiya qoşunları Zaporojyedə Vısokoy və Yablukov yaşayış məntəqələri ətrafında irəliləyiblər.