BAKI, 25 noyabr. TELEQRAF
Avropa İttifaqı komissarları Cozef Sikela və Marta Kos Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyə yönəlmiş Transxəzər nəqliyyat dəhlizinin inkişafı üzrə işləri aktivləşdirmək məqsədilə noyabrın 25-27-də Özbəkistanda səfərdə olacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Özbəkistandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Komissarlar noyabrın 27-də Transxəzər Nəqliyyat Dəhlizi və Kommuniksiya İnvestorları Forumunda iştirak edəcəklər. Bundan əlavə, Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Cozef Sikela noyabrın 26-da regionlar arasında iqtisadi tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə həsr olunmuş 3-cü Mərkəzi Asiya-Aİ İqtisadi Forumuna qatılacaq.
Hər iki yüksək səviyyəli tədbir Daşkənddə keçiriləcək və Özbəkistan hökuməti və Avropa İttifaqı tərəfindən təşkil olunacaq.