BAKI, 24 noyabr. TELEQRAF
“İsveç heç vaxt Ukrayna sərhədlərindəki dəyişiklikləri və ya Rusiyanın işğal etdiyi əraziləri tanımayacaq”.
Teleqraf xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib.
“Rusiya öz mövqeyini dəyişmədiyinə görə, İsveç və Avropa İttifaqı da öz mövqeyini dəyişməyib. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: ədalətli və davamlı sülhə nail olmaq üçün sərhədləri güc yolu ilə dəyişdirmək olmaz”, - o bildirib.
Stenerqaard vurğulayıb ki, İsveç Krımın Rusiya tərəfindən ilhaqı və ya Ukrayna ərazisinin hər hansı digər hissəsinin işğalını tanımır. Xarici işlər naziri bəyan edib ki, o, aqressiyanı təşviq etmək niyyətində deyil.