BAKI, 12 noyabr. TELEQRAF

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində iki yaşayış məntəqəsini ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Bunlar Qulyapolun şimal-şərqində yerləşən Novye və Novouspenivske kəndləridir. Həmçinin, Rusiya qüvvələrinin Solodke, Rivnepil və Yablukove yaxınlığında irəlilədikləri bildirilib.

Qeyd olunub ki, Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk şəhəri ərazisində (Çunişişe qəsəbəsi) də irəliləyib.